Image description

Alimlər Ayda yaşayış üçün normal şəraitin yaradılmasının yaxın vaxtlarda reallaşdırıla biləcəyini açıqlayıblar.
İndex.az axşam.az-a istinadla bildirir ki, bu səbəblə elm adamları sözügedən planetdə 1 evin dəyərini və 4 nəfər ailənin dolanşığını təmin etmək üçün aylıq gəlirin nə qədər olduğunu hesablayıblar.
Hesablamalardan sonra məlum olub ki, bir ailənin Ayda normal yaşaması ayda 325 min dollara (552 min 500 manata) başa gələcək.
Ayda inşa ediləcək ilk evin qiyməti 48 milyon dollardan (81 milyon manat) başlayacaq. Lakin mənzillərin sayı artıqca, evlərin qiyməti artıq 40 milyon dollardan (68 milyon manat) hesablanacaq. Mənzillərin inşası üçün lazım olan tikinti materialları Yer kürəsindən gətiriləcək.
Ayda ilk mənzilin inşası təcrübəsi 2024-cü ildə reallaşdırılacaq.