Qarabağdan 20-yə yaxın sahibkar elektrik təchizatı üçün müraciət edib

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Qarabağdan 20-yə yaxın sahibkar elektrik enerjisi təchizatı üçün onlayn şəkildə müraciət edib.

İndex.az xəbər verir ki, bunu qurumun “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə Şamaxıdakı "ASAN Xidmət" mərkəzində keçirilən brifinqdə deyib.

İ.İsazadə qeyd edib ki, "Azərişıq" ASC-nin yaratdığı elektrik şəbəkəsinə onlayn qoşulma xidməti vasitəsilə əhali və qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması mümkündür. Ötən illə müqayisədə bu il onlayn müraciətlərdə 50 faiz artım müşahidə olunur.

“İşğaldan azad edilmiş ərazilərdə yerləşən xüsusi əhəmiyyətli obyektlərin və sahibkarlıq subyektlərin hər biri elektrik enerjisi ilə təmin olunur. Bu vaxta qədər Qarabağdan 20-yə yaxın sahibkardan elektrik enerjisi təchizatı üçün müraciət daxil olub. Onların 12-si Şuşa şəhərinin, qalanı isə digər şəhər və rayonların payına düşür. Bunlar əsasən iri market şəbəkələri, yanacaqdoldurma məntəqələri və s. müəssisələrin sahibləridir.

Bu, bizim üçün sevindirici haldır",-deyə İ.İsazədə bildirib.

Brifinqdə “Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Ahdınoğlu bildirib ki, regionda ilk dəfə olaraq Hadrutdan Şuşaya 35 kilovatlıq izolyasiya xətt vasitəsilə elektrik xətti çəkilib: “İzolyasiya xəttinin bir çox üstünlükləri var.

Belə ki, bu xəttin mühafizə ərazisi kiçikdir, soyuğa dözümlüdür”.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT