Image description

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları 30 mart - 2 aprel tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək “MosBuild 2021” beynəlxalq tikinti və inşaat materialları sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunacaq.
İndex.az nazirliyə istinadən xəbər verir ki, sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçiriləcək, məhsulların ixracına dair müzakirələr aparılacaq.
Qeyd edək ki, Azərbaycan 2-ci dəfə “MosBuild” beynəlxalq inşaat və tikinti materialları sərgisində təmsil olunacaq.