Mərkəzi Bank daha bir kredit təşkilatına lisenziya verdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Total Finans Kredit İttifaqı" MMC-yə lisenziya verilib.

İndex.az AMB-yə istinadən xəbər verir ki, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 43-ə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Total Finans Kredit İttifaqı" MMC-ni ötən ilin dekabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 23A, mənzil 50, nizamnamə kapitalı 4 004 manat, qanuni təmsilçisi isə Aytən Vaqif Qızı Qafarovadır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan