Image description

Bu ilin yanvar-fevral aylarında xaricə səfər etmiş Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 dəfə azalaraq 60,9 min nəfər olub.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 47,3 %-i Türkiyəyə, 17,3 %-i Rusiyaya, 10,5 %-i Gürcüstana, 8,3 %-i İrana, 16,6 %-i digər ölkələrə səfər edib. Gedənlərin 77,7 %-ni kişilər, 22,3 %-ni qadınlar təşkil edib.
Son 1 ildə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 62,4 dəfə, Gürcüstana gedənlərin sayı 37,5 dəfə, Rusiyaya gedənlərin sayı 13,5 dəfə, Türkiyəyə gedənlərin sayı isə 2,8 dəfə azalıb.
Hesabat dövründə xaricə səfər edən ölkə vətəndaşlarının 30,5 %-i dəmir yolu və avtomobil, 62,2 %-i hava, 7,3 %-i isə dəniz nəqliyyatından istifadə etib.