Bankların xalis xarici aktivləri 10% artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 18 028,4 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 3% az, ilin əvvəlinə nisbətən 2,2% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 9,8% çoxdur.

Avqustun sonuna bankların xalis daxili aktivləri isə 13 260,7 milyon manat olub ki, bu da, iyulun sonu ilə müqayisədə 2,7 %, ilin əvvəlinə nisbətən 23,4%, illik müqayisədə isə 26,3% çoxdur.

Report

Bizi Facebook-da izləyin: INdexAzerbaijan