Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı üç dəfə artıb

Bu ilin avqustunda Azərbaycandan Türkiyəyə 74 557 nəfər səfər edib ki, bu da 2020-ci ilin avqustu ilə müqayisədə 3 dəfə çoxdur.

İndex.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,87 faiz təşkil edib.

Yanvar-avqust aylarında 260 807 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 62,27 faiz çoxdur.

2021-ci ilin yanvar-avqust aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,85 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2021-ci ilin yanvar-avqust aylarında Türkiyəyə 3,981 milyon turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan