“Oba market” ağacların kəsilməsinə münasibət bildirib

“Oba market”lər şəbəkəsi Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında yerləşən “Oba market”in qarşısında kəsilən ağaclar ilə bağlı rəsmi açıqlama yayıb.

Şirkətdən İndex.az-a verilən məlumata görə, “Oba market”lər şəbəkəsi mediada yayılan bu xəbərə operativ şəkildə cavab verərək bildirib ki, Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında kəsilən ağaclarla bağlı hadisədə heç bir əlaqəsi yoxdur.

Marketinq Kommunikasiyaları şöbə müdiri Fəzilət Səmədova bildirib ki, “Oba market”lər şəbəkəsi bu məsələdə heç bir əlaqəsi yoxdur və marketimizdə kamera görüntüləri mövcuddur: Bir neçə gün öncə marketimizdə çalışan əməkdaşlarımız Ekologiya Nazirliyinin nümayəndələri olduğunu bildirən şəxslərə rəsmi şəkildə müraciət etməli olduqlarını, bundan sonra görüntüləri verə biləcəklərini bildiriblər. “OBA” Marketlər şəbəkəsinə rəsmi şəkildə müraciət olunmadığı üçün təhlükəsizlik qaydaları nəzərə alınaraq görüntülər təqdim olunmayıb”.

Fəzilət Səmədova əlavə edib ki, “Oba market”lər şəbəkəsi nazirliyin rəsmi sorğusu gəldiyi təqdirdə görüntülərin ictimaiyyətə paylaşılmasında maraqlıdır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan