Image description

"Meşələrə müdaxilələrin edilməsi yalnız vətəndaşlara aid olmur. Bəzi hallarda bizim öz işçilərimizin də meşələrin qırılmasında, ona qanunsuz müdaxilələrin edilməsində böyük mənfi rolları olur".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov “Ekspert saatı” proqramında deyib.

Onun sözlərinə görə, belə əməkdaşların sayı xeyli azaldılıb: “Güman edirəm ki, belə adamlar hələ də fəaliyyət göstərirlər, onlara qarşı ciddi mübarizə aparılır, kadr islahatları həyata keçirilir. Bir neçə regional meşə təsərrüfatı mərkəzinin rəhbəri işdən kənarlaşdırılıb. Hətta işinə məsuliyyətsiz, laqeyd yanaşan müavinim də işdən kənarlaşdırılıb”.