Banklar 52 milyon dollar aldı – HƏRRAC

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 52,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki sentyabrın 16-da keçirilən hərracla müqayisədə 19,2% azalıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan