Image description

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan verilən məlumata görə, hərracda tələb 55 milyon dollar təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (11 mart 2021-ci il tarixində keçirilib - red.) müqayisədə 11,7% və ya 7,3 milyon dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.