Image description

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından (avtomobil benzini və dizel) əldə etdiyi gəlir 322,6 mln. manat təşkil edib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 11,9% azdır. Təkcə fevralda istehlakçılar yanacağa 150,5 mln. manat xərcləyiblər ki, bu da yanvar ayı ilə müqayisədə 12,6% azdır.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,4%-i avtomobil yanacağının alınmasına sərf olunub.