Dünya Bankı: Azərbaycanda kənd təsərrüfatı sektorunun artım tempi yavaşlayacaq

Dünya Bankı: Azərbaycanda kənd təsərrüfatı sektorunun artım tempi yavaşlayacaq

img



Bu il Azərbaycanda kənd təsərrüfatı sektorunun artım tempi 1,5% təşkil edəcək ki, bu da ötən il qeydə alınan göstəricidən 5,8 faiz bəndi azdır.

 

İndex.az xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə dərc olunmuş yenilənmiş hesabatında deyilir.

 

Bildirilir ki, 2021-ci ildə sözügedən sektor 2,5%, 2022-ci ildə isə 3,2% artacaq.

 

Qeyd edək ki, ötən il Azərbaycanın kənd təsərrüfatı sahəsinin artım tempi 7,2% olub.

 

APA-Economics