Ramiz Mehdiyevin ailəsinə məxsus bankın mənfəəti bir ildə 9 dəfə azalıb

Ramiz Mehdiyevin ailəsinə məxsus bankın mənfəəti bir ildə 9 dəfə azalıb

img



“Bank BTB” ASC bu ilin yanvar-sentyabr aylarını 442 min manat mənfəətlə başa vurub.

 

İndex.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 88,9% və yaxud 9,05 dəfə azdır.

 

9 ay ərzində “Bank BTB”nin gəlirləri 22,939 milyon manat (illik müqayisədə 11,2% çox), xərcləri 21,538 milyon manat (11,6% çox), xüsusi ehtiyatlara ayırmaları isə 959 min manat (ötən ilin eyni dövründə qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

 

Bu il oktyabrın 1-nə “Bank BTB”nin aktivləri 355,834 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,1% çoxdur. Bunun 214,176 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,2% böyüyüb.

 

Hesabat dövründə “Bank BTB”nin öhdəlikləri 15,4% artaraq 291,135 milyon manata, o cümlədən depozit portfeli 6,2% artaraq 127,014 milyon manata, balans kapitalı isə 8,6% artaraq 64,699 milyon manata çatıb.

 

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

 

Report