Image description

Ötən il Bakı Fond Birjasında (BFB) ümumilikdə 151 mln manat həcmində korporativ qiymətli kağızların (ipoteka istiqrazları istisna olmaqla) yerləşdirilməsi həyata keçirilib.

 

İndex.az Fonda istinadən xəbər verir ki, korporativ qiymətli kağızların 50 mln manatı səhm və 101 mln manatı isə istiqrazdır.

 

Məlumata görə, 2020-ci ildə ipoteka istiqrazları istisna olmaqla korporativ qiymətli kağızlarının ilkin bazarının dövriyyəsi 2019-cu illə müqayisədə 6,6 dəfə artıb.

 

Ümumilikdə, 2020-ci il ərzində “AzerGold”, “Kapital Bank”, “Ferrum Kapital”, “Bank BTB”, “BOKT Embafinans” kütləvi üsulla qiymətli kağız buraxılışları həyata keçirilib.

 

Report