Image description

Almaniyanın “Mercedes-Benz” şirkəti alovlanma təhlükəsi səbəbi ilə 246 mindən çox avtomobili geri çağırır.
İndex.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Geri çağırılan 264 393 avtomobil təmir üçün emalatxanalara göndəriləcək. Geri çağırılma 2016-2019-cu illərdə istehsal edilən “C” və “GLC” modellərinə aiddir.
Bundan əvvəl BMW konserni Almaniyada alovlanma təhlükəsi səbəbi ilə üçüncü seriyalı 430 min avtomobili geri çağırıb.