Image description

“Unibank” KB rəhbərliyinin qərarı ilə Fuad Məmmədli Baş Maliyyə inzibatçısının müavini vəzifəsinə təyin olunub.
Bu barədə İndex.az-a Bankdan məlumat verilib.
Bildirilib ki, o, “Unibank”dakı təyinatdan əvvəl “Ziraat Bank Azərbaycan”da Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.
Fuad Məmmədli maliyyə sahəsi üzrə bakalavr dərəcəsini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, magistr dərəcəsini isə Azərbaycan Dövlət İqtisad Universitetində alıb.