22 885 vergi ödəyicisinə 102 milyon manat ödənildi

22 885 vergi ödəyicisinə 102 milyon manat ödənildi

img



Bu ilin avqust-sentyabr aylarında ikinci mərhələ üzrə maliyyə dəstəyi proqramı çərçivəsində pandemiyadan zərər çəkən 22 885 vergi ödəyicisi 234 355 muzdlu işçisi üçün 101,9 mln. manat həcmində vəsait alıb, 49 887 fərdi sahibkar isə dövlətdən daha 12,47 mln. manat həcmində dəstək əldə edib.

 

İndex.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu günədək dövlət tərəfindən ayrılan vəsaitlərin muzdlu işçilərə dəstək proqramı üzrə 93,7%-i, fərdi sahibkarlar üzrə 95,2%-i sahibkarlara ödənilib.

 

Qeyd edək ki, aprel ayından başlayan maliyyə dəstəyi proqramından indiyədək 1-ci mərhələ çərçivəsində 25 min vergi ödəyicisi 216 min muzdlu işçisi üçün 98,5 mln. manat, 107 223 fərdi sahibkar isə 63,7 mln. manat maliyyə dəstəyi əldə edib.