“Amrah Sığorta”nın gələcəyi səhmdarının evində müzakirə olunacaq

“Amrah Sığorta”nın gələcəyi səhmdarının evində müzakirə olunacaq

img



Oktyabrın 16-da, saat 11:00-da “Amrah Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

 

İndex.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

 

Bununla belə, yığıncaq "Amrah Sığorta"nın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllə ünvanında deyil, şirkətin səhmlərinin 85%-nə nəzarət edən Yunis İldırımzadənin Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, 38 ünvanında yerləşən evində olacaq.  "Amrah Sığorta"nın səhmlərinin qalan 15%-i isə Y.İldırımzadənin oğlu Əmrah İldırımzadəyə məxsusdur. Beləliklə, ata və oğul şirkətin gələcəyini müzakirə edəcəklər.

 

Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5,3 milyon manatdır.

 

Report