"Qazprom"un xalis mənfəəti 29 dəfə artıb

2021-ci ilin yanvar-iyun aylarında Rusiyanın "Qazprom" şirkıtinin gəliri 1,5 dəfə artaraq 4,35 trilyon rubl təşkil edib.

İndex.az xəbər verir ki, bu, şirkətin beynəlxalq maliyyə hesabatı standartlarına (IFRS) əsasən hazırlanmış hesabatından məlum olur.

Avropaya qaz satışından əldə edilən xalis gəlir 1,459 trilyon rubla yüksəlib (illik müqayisədə təxminən iki dəfə artmışdır), bu da qiymətlərin artması ilə əlaqədardır. Keçmiş SSRİ ölkələrində qaz satışından əldə olunan gəlir 35% artaraq 187,7 milyard rubla, Rusiyada isə bu göstərici 17% artaraq 574,16 milyard rubla çatıb.


2021-ci ilin yanvar-iyun aylarında "Qazprom" un xalis mənfəəti (səhmdarlarına aid olan) bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,4 dəfə artaraq 968,498 milyard rubla yüksəlib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan