“Azərişığ”ın yük maşını qəzaya düşdü

Bakıda səhər saatlarında "Azərişıq" ASC-yə məxsus yük maşını qəzaya düşüb.

İndex.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Salyan yolu küçəsində baş verib.

Dövlət Bayrağı meydanına yaxın ərazidə yük maşını digər minik avtomobili ilə toqquşub. Qəzanın təsirindən yük avtomobilinin arxa təkərləri şindən sınaraq ayrılıb.

İlkin məlumata görə, 3 nəfər xəsarət alıb, hadisə yerinə təcili tibbi yardım xidməti çağırılıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan