Image description

“Xalq Sığorta” ASC 2020-ci ili 8,061 milyon manat mənfəətlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 17,656 milyon manat zərərlə çıxmışdı.
İndex.az xəbər verir ki, ötən il “Xalq Sığorta”nın gəlirləri 38,442 milyon manat (əvvəlki ilə nisbətən 3,1 dəfə çox), xərcləri isə 30,381 milyon manat (1% çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Xalq Sığorta”nın aktivləri 75,466 milyon manat olub ki, bu da illik müqayisədə 5,2% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 14,1% azalaraq 26,277 milyon manata düşüb, balans kapitalı isə 19,6% artaraq 49,189 milyon manata çatıb.
Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 57,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.
Report