Image description

“Amazon”un həmtəsisçisi, 176 milyard dollarlıq sərvətlə dünyanın ən zəngin insanı olan Ceff Bezosun keçmiş arvadı, dümyanın ən varlı qadılarından biri sayılan Makkenzi Skott məktəb müəlliminə ərə gedib.
İndex.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Məlumata görə, 50 yaşlı milyarder qadın həyatını Sietl-Leyksayd məktəbinin təbiət elmləri müəllimi Den Cuettlə bağlayıb. Toy ictimai olmayıb.
Cütlük nigahları haqqında ilk dəfə martın 6-da milyarderlərin öz sərvətlərini başqalarına ianə edəcəklərinə vəd verdikləri “Giving Pledge” saytında məlumat verib.
Nəşr qeyd edib ki, Bezos sabiq həyat yoldaşının nigahına sevinib və Cuetti “əla oğlan” adlandırıb.