Pambıq ixracı 96%-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,883 milyon ABŞ dolları dəyərində ipək idxal edib.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,574 milyon ABŞ dolları (16,6%) azdır.

Yeddi ay ərzində Azərbaycanın pambıq ixracının dəyəri isə 166,219 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 81,632 milyon ABŞ dolları (96,5%) çoxdur.

Hesabat dövründə pambıq üzrə idxal Azərbaycanın ümumi idxalının 0,05 %-ni, ixrac isə ümumi ixracın 1,46%-ni təşkil edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan