Image description

"Bakı Fond Birjası" QSC bu ilin yanvar-fevral aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.

İndex.az Birjaya istinadən xəbər verir ki, renkinqə 2 195 795 612 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.

Növbəti yerlərdə 606 496 344 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 514 094 280 manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 283 031 792 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 190 843 742 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 124 358 060 "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 79 968 697 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 44 635 862 "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 10 411 401 manatla "MFX Trading İnvestisiya Şirkəti" ASC qərarlaşıb.

İnvestisiya şirkətləri

Əməliyyatların həcmi, AZN

1

Paşa Kapital

2 195 795 612

2

Unicapital

606 496 344

3

BTB Kapital

514 094 280

4

AzFinance

283 031 792

5

Xalq Kapital

190 843 742

6

ABB-İnvest

124 358 060

7

İnvest-Az

79 968 697

8

PSG Kapital

44 635 862

9

MFX Trading

10 411 401

10

Plato Capital and Co.

-