Image description

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 3 538 min ABŞ dolları təşkil edib.

İndex.az ARDNF-ə istinadən xəbər verir ki, bu, illik müqayisədə 19,5 dəfə azdır.

Fonda daxil olan vəsaitlərin hamısı qaz kondensatın payına düşüb.

Məlumata görə, ötən ilin yanvar-fevral ayıarında "Şahdəniz" qaz-kondensat yatağından əldə etdiyi gəlirlərin həcmi 69 mln. dollar təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.