Image description

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çiraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 574, 543 mln. ABŞ dolları təşkil edib.

İndex.az ARDNF-ə istinadən xəbər verir ki, bu, illik müqayisədə 42,8% azdır.

Ötən ilin müvafiq dövründə sözügedən göstərici 1 005 mln. dollar səviyyəsində idi.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.