Əhali dava-dərmana 505 milyon manat xərcləyib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 505,4 mln. manat xərclənib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31,3% artıb.

Bu ilin təkcə iyul ayında satışların həcmi 71,5 mln. manat təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 10,6% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan