Səhiyyə xərclərimiz 25% artıb

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin səhiyyə xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,6 faiz və ya 163,5 milyon manat artaraq 829,2 milyon manat icra edilib.

İndex.az xəbər verir ki, bu barədə dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatda bildirilib.

Qeyd olunub ki, səhiyyə xərcləri 852,0 milyon manat proqnoza qarşı 97,3 faiz və ya 22,7 milyon manat kəsrlə icra edilərək illik proqnozun 58,9 faizini təşkil edib.

Bu ilin yanvar-iyun aylarında səhiyyə ilə bağlı xərclər ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar və iyun aylarında az, digər aylarda çox icra edilib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan