Image description

Bu il fevralın 1-nə Azərbaycan banklarının xarici öhdəlikləri 1 226,4 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 0,5 % çoxdur.

Ötən il fevralın 1-nə nisbətən isə bankların xarici öhdəlikləri 23,5% azalıb.