Image description

Bu il fevralın 1-nə Azərbaycan banklarına qoyulan manatla depozitlərin həcmi 9 milyard 151,2 milyon manat təşkil edib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 3,9% azdır.

Bununla belə, ötən il fevralın 1-nə nisbətən banklarda milli valyutada depozitlər 5,6% artıb.

Hesabat dövründə banklara xarici valyutada qoyulan depozitlər isə 18,5% azalaraq 8 milyard 623,9 milyon manata düşüb. Yanvarın 1-i ilə müqayisədə isə azalma 2,9% olub.

Report