Image description

Bu il fevralın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 28 112,3 milyon manat təşkil edib.

İndex.az Mərkəzi Banka (AMB) istinadən verdiyi xəbərə görə, bu, yanvarın 1-i ilə müqayisədə 3,7%, ötən il fevralın 1-nə nisbətən isə 1,5% azdır.

Yanvarın sonuna manatla geniş pul kütləsinin həcmi 19 488,3 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 4% az, illik müqayisədə isə 8,6% çoxdur.

Report