Avtomobil sahibləri bu il yanacağa 627 milyon manat xərcləyiblər

Avtomobil sahibləri bu il yanacağa 627 milyon manat xərcləyiblər

img



Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 626,6 mln. manat məbləğində avtomobil benzini və dizel yanacağı satılıb.

 

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 1,8% azdır.

 

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,4%-i avtomobil benzini və dizel yanacağının payına düşüb.