"Bu şirkətlər sığorta sektorunun “üz qarası"dır”

"Bu şirkətlər sığorta sektorunun “üz qarası"dır”

img



Ötən gün Azərbaycan Mərkəzi Bankı (AMB) “Standart İnsurance”in lisenziyasını ləğv edib.

 

İndex.az xəbər verir ki, məsələ ilə bağlı vəziyyəti “MediaPost”a şərh edən sığorta mütəxəssisi İlkin İbrahimov bildirib ki, yaxın zamanlarda sığorta sektorunda hələ bir neçə şirkətin də bağlanacağının şahidi ola bilərik.

 

Ekspertin sözlərinə görə, əslində, pandemiya ilə bağlı Mərkəzi Bank Nazirlər Kabineti yanında Operativ qərargaha maliyyə sahəsi ilə bağlı təkliflər verərkən bu sektorda yoxlamaların sentyabr 30-na kimi təxirə salındığını qeyd etmişdi.

 

İ.İbrahimov bildirib ki, səyyar yoxlamalar zamanı sığorta şirkətinin nizamnamə kapitalı, likvidlik imkanları, şirkətdən şikayətlərin olub-olmaması araşdırlır və şirkət haqqında qərar verilir.

 

Ekspert qeyd edib ki, əslində, öncədən bağlanacaq şirkətlər haqqında məlumat verilməsi daha məqsədə uyğun olardı: “Növbədə daha 5-6 sığorta şirkətinin bağlanacağı ehtimal olunur. Bəzi sığorta şirkətləri təhlükəli həddədirlər. Belə şirkətlərlə bağlı ictimaiyyətə öncədən məlumat verilməlidir ki, sonradan sürprizlər olmasın”.

 

İbrahimovun sözlərinə görə, hazırda ölkədə elə sığorta şirkətləri var ki, həmin şirkətlər ölkənin sığorta sektoru üçün “üz qarası"dırlar”.