Image description

Azərbaycanda bank müştərilərinin sayı bir ayda 58 mindən çox artıb

2021-ci ilin yanvar ayına Azərbaycanda bank müştərilərinin sayı 9 131 891 nəfər təşkil edib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 8 226 008 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 905 883 nəfər artması deməkdir.

Ötən ilin dekabr ayında bank müştərilərinin sayı 9 073 826 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 58 065 nəfər artıb.

Bank müştərilərindən 9 017 582  nəfəri fiziki şəxslər, 114 309 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 57 857 nəfər, hüquqi şəxslərin sayı 208 nəfər artıb.