Image description

Azərbaycanda POS-terminallarla ödənişlərin həcmi yanvar ayında cəmi 221 milyon manat olub.

İndex.az Mərkəzi Bankına istinadla xəbər verir ki, dekabr ayındakı göstərici ilə müqayisədə yanvarda 47 milyon manat, yəni, 17.54% azalsa da, illik müqayisədə 65% çoxdur.

AMB bildirir ki, POS-terminallarla aparılan əməliyyatların həcmi 5 milyon 415 min ədəd təşkil edib.