Image description

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən 7 773,31 ton qarğıdalı idxal edib.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 2,101 mılyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə qarğıdalı idxalı ölkənin ümumi idxalındakı payı 0,27 % olub.

Həmçinin, yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən 4 765 ton arpa idxal edib. Bu həcmdə arpanın dəyəri 877,65 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə arpa idxalı ölkənin ümumi idxalındakı payı 0,11 % olub.