Image description

Bakı-Quba yolunun 150 km-lik ödənişli istifadə üçün nəzərdə tutulan hissəsi gələn ilin mayınadək istifadəyə veriləcək.

İndex.az xəbər verir ki, bu barədə AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov "2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, yolun bir hissəsi tam hazırdır və burada xüsusi qurğular da quraşdırılıb. Tariflərlə də bağlı artıq müraciət edilib.

Şamaxı-Quba yolunun tikintisi məsələsinə toxunan S.   Məmmədov qeyd edib ki,  bu istiqamət üzrə yolun tikintisi hələ nəzərdə tutulmayıb.