Image description

Martın 29-da, saat 10:00-da “Gəncə Şərab-2” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İndex.az xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi Gəncə şəhəri, Zaur ismayılov küçəsi, 86 (Kənar küçəsi 3) ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin yenidən təşkil edilərək, təşkilati-hüquqi formasının ASC-dən MMC-yə dəyişdirilməsi, bununla əlaqədar Milli Depozit Mərkəzindəki səhmlərinin dövriyyədən çıxarılması və ləğv olunması, nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Gəncə Şərab-2” 2003-cü ildə yaradılıb, ölkənin aparıcı şərabçılıq müəssisəsidir. Onun nizamnamə kapitalı 10 685 341 manatdır.

Bizi Telegram-da izləyin: t.me/indexaz