Image description

Bu ilin yanvar ayında Azərbaycanda 22,7 mln. manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,9 %, sair nəqliyyat vasitələrinin istehsalı 66,7 % azalıb, maşın və avadanlıqların istehsalı isə 23,5 % artıb.

Yanvar ayında 96 ədəd və ya ötən ilin müvafiq ayı ilə müqayisədə 96 ədəd və ya 50 % az minik avtomobili istehsal olunub. Bu il fevralın 1-nə ölkədə 213 ədəd hazır məhsul ehtiyatı yaranıb.