Image description

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 12-nin bu il yanvarın 1-nə aktivləri illik müqayisədə az olub.

İndex.az xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “Xalq Bank”, “Access Bank”, İran Milli Bankının Bakı filialı, “Bank Avrasiya”, “Express Bank”, “Azərbaycan Sənaye Bankı”, “Muğan Bank”, “Yapı Kredi Bank Azərbaycan”, “Yelo Bank”, “Bank Respublika” və “AFB Bank”dır.

Ən çox azalma “AFB Bank”da (51%), ən az azalma isə ABB-də (2,8%) qeydə alınıb.

Qalan 14 bankın isə aktivləri artıb. Ən yüksək dinamika “Naxçıvan Bank”da (28,7%), ən aşağı dinamika isə “Premium Bank”da (1,7%) qeydə alınıb.

Renkinq