Image description

Bu ilin yanvar-may ayında Azərbaycanın xaricə qaz satışı təxminən 7,4 milyard kubmetr təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-may ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 32% çoxdur.

Bu ilin yanvar-may ayında Türkiyəyə təqribən 4,2 milyard kubmetr, Avropaya 2,1 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib.

Bu dövrdə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri sisteminə 43,2 milyon kubmetr qaz verilib.

Bizi Telegram-da izləyin: t.me/indexaz