Image description

Anderraytinq və təkrarsığorta departamentinin Nəqliyyat vasitələrinin sığortası şöbəsinin müdiri:
Şirkət: AtaSığorta ASC
İş qrafiki : Standart (09:00 – 18:00, 1-5-ci günlər)
Son müraciət tarixi: 30.06.2021

Əsas vəzifə öhdəlikləri:
• Nəqliyyat vasitələrinin sığortası sahəsi üzrə daxil olan sorğuların qiymətləndirilməsi və sığorta təklifinin hazırlanması;
• Qəbul edilmiş meyarları nəzərə alaraq risklərin təkrarsığortalanması hallarını müəyyən edilməsi;
• Müştəri tərəfindən qəbul edilmiş sığorta təklifi üzrə sığorta müqaviləsinin hazırlanması;
• Sığorta müqaviləsi üzrə sənədlərin tamlığının yoxlanılması;
• Sığorta müqaviləsinin sığortalı tərəfindən imzalanmış nüsxəsinin Cəmiyyətə təqdim edilməsini nəzarətdə saxlaması.
• Sığorta müqaviləsinin buraxılması üzrə sənədləşdirilmiş informasiyaların daxili normativlərin tələblərinə uyğun mühafizəsinin təmin edilməsi;
• Təkrarsığorta əməliyyatlarının həyata keçirilməsi;
• Departament direktoru tərəfindən bu sahə üzrə verilən digər tapşırıqlarının icra edilməsi.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsili (iqtisadiyyat, maliyyə, biznes idarəetməsi üzrə təhsilə üstünlük verilir) olmalıdır.
• Sığorta fəaliyyəti barədə Azərbaycan Respublikasının Qanunvericiliyinin tələbləri barədə məlumatlı olmalıdır.

Tələb olunan bacarıq və səriştəliklər:
• Əla səviyyədə Azərbaycan, rus, ingilis dilləri biliyi
• Microsoft office proqramlarının peşəkar istifadəçisi
• Sığorta sahəsi üzrə CII, PSS sertifikatların olması üstünlükdür
• Kollektivdə sağlam ünsiyyət qurmaq bacarığı
• Sığorta sahəsində müvafiq fəaliyyət üzrə iş təcrübəsi olanlara üstünlük verilir.
• Analitik düşünmə qabiliyyəti və riyazi hesablama bacarığı
• Əməliyyat proqramında işləmək bacarığı
• Təqdimat etmə bacarığı
• Kiçik qrup komandanı idarə etmək və tapşırıqların həlli istiqamətləri barədə komanda üzvlərinə təkliflər verməyi bacarığı

Başlıqda “Anderraytinq və təkrarsığorta departamentinin Nəqliyyat vasitələrinin sığortası şöbəsinin müdiri” qeyd olunmaqla CV-nizi ir@atasigorta.az ünvanınıza göndərməyinizi xahiş edirik.

Bizi Telegram-da izləyin: t.me/indexaz