Image description

“Bakı Fond Birjası” QSC-nin (BFB) dayanıqlı inkişafını təmin etmək məqsədi ilə səhmlərinin nominal dəyəri bölüşdürülməmiş mənfəət hesabına 200 manatdan 800 manata qaldırılıb.

 

İndex.az xəbər verir ki, bu barədə qərar QSC-nin səhmdarların növbədənkənar ümumi yığıncağında qəbul olunub.

 

Qərara əsasən, BFB-nin nizamnamə kapitalının dəyəri 1,26 milyon manatdan 5,04 milyon manata yüksəldilib.

 

Qeyd edək ki, hazırda BFB-nin 20 səhmdarı mövcuddur.