Image description

Bu ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 028,5 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 0,1% artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 2,2 % artaraq 156,1 milyon manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 7,6% artıma bərabərdir.

Ötən 5 ay ərzində Azərbaycanda 10 226,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur. Bunun 9 907,2 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 2,1% çoxdur.

Bunun 642,9 mln kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 19,8% çoxdur.

Bunun 9 206,8 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2020-ci ilin 5 ayının göstəriciləri ilə müqayisədə 1,1% çoxdur.

Hesabat dövründə Azərbaycanda 37,9 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2020-ci ilin 5 ayının göstəriciləri ilə müqayisədə 14,1% azdır.

Yanvar-may aylarında ölkədə 19,6 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə 12% çoxdur.

Bizi Telegram-da izləyin: t.me/indexaz