Image description

"Azərpambıq Aqrar Sənaye Kompıeksi” MMC zavod və məntəqələrdə xam pambığın tayalarda saxlanılmasını təmin etmək üçün brezent örtükləri satın alır.

İndex.az xəbər verir ki, artıq "Azərpambıq Aqrar Sənaye Kompıeksi” MMC-nin bununla bağlı elan etdiyi tenderin də qalibi məlum olub. Bu, "AZCHEM" MMC-dir.

“Azərpambıq” zavod və məntəqələrdə xam pambığın tayalarda saxlanılmasını təmin etmək üçün brezent örtüklərin alınması üçün 252 420 manat pul xərcləyəcək.