Image description

VAKANSİYA 1

Texnomart Mağazalar şəbəkəsi

Vəzifə: Kredit Meneceri

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
İŞİN TƏSVİRİ:

Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək; Tabeçiliyində olan əməkdaşlardan kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərə qısa müddətdə baxıb Kredit Komitələrinə təqdim olunmasını təşkil etmək; Müştərilərin ödəniş qabiliyyətinin təhlili. Borc ödənişlərinin vaxtında icrasına nəzarət . Kredit portfelinin idarə olunması və nəzarət. Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması. Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin təşkili və nəzarət.
Namizəd üçün tələblər

Ali təhsil
Ən az 3 il bank və yaxud qeyri-bank kredit təşkilatında kreditlərin verilməsi sahəsində iş təcrübəsi Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
Maliyyə və kredit analizi bilikləri;
Microsoft Office proqramlarında işləmək bacarığı;
Analitik düşüncə tərzi; İdarəetmə və liderlik qabiliyyəti;
Məsuliyyətlilik, ünsiyyətlilik, təşəbbüskarlıq;
Gərgin iş qrafikində işləmək bacarığı;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit meneceri” qeydi edərək leyla.mammadzadeh@srgroupco.com elektron ünvanına göndərməyinizi xahiş edirik.


VAKANSİYA 2

AZAQROTAXIL MMC “Mühasib köməkçisi” vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək və nəzarət etmək;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
• Mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təşkil etmək və nəzarət etmək;
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
• Baş mühasibin və rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.İş şərtləri:• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Əmək haqqı 500 AZN
• İcbari sığorta
• İş vaxtı: 09.00 – 18.00 (həftə içi)
Namizəd üçün tələblər• Cinsi: Qadın (25-35 yaş)• İqtisadiyyat və mühasibat sahəsində ali təhsil;• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;• MS Office, Logo Unity, Tiger Enterprise proqramlarını normal səviyyədə bilməlidir,• Vergi və Əmək Məcəlləsi üzrə biliklərə sahib olmalıdır;• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;• Ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı.Maraqlananlar öz CV formalarını arzu.kerimova.m@gmail.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, Mühasib köməkçisi qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.



Vakansiya 3

Lombard kreditləri üzrə mütəxəssis

Güvənli MMC

Müştərilərə kredit məhsulları haqqında məlumat vermək;Kredit müraciətlərinin qəbulu və analizi;
Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
Mütəmadi olaraq aktiv marketinq təbliğatı həyata keçirmək;
AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;Əmək haqqı: 1000 manat (artan maaş) + bonus verilir;
İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək, şənbə günü: 10:00-dan 16:00-dək

Namizəd üçün tələblər
Cins: Xanım və Kişi namizədlər;Şəhər: Bakı,Quba,Xaçmaz,GəncəAli təhsilli olmalı (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);Riyazi hesablama aparmaq və satış bacarığına mail olmaq qabiliyyəti;BOKT və ya Lombard sektorunda iş təcrübəsi olanlara üstünlük veriləcək.
Qeyd olunan tələblərə uyğun namizədlər CV lərini hrguvenli@gmail.com ünvanına göndərə bilərlər. Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.CV göndərən zaman mövzu yerində “Lombard üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.


VAKANSİYA 4

Baş Mühasib köməkçisi

Bakı Sığorta

• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əsas vəsaitlərin uçotunun aparılması və nəzarəti;
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi və nəzarəti
• Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
• Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsini təmin olunması;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
• Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
• Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsiİş şəraiti:Əmək haqqı: 1500 -1700 AZN• İş vaxtı: 09:00–dan 18:00 dək;
• İstirahət günləri: Şənbə və Bazar;Müraciət etmək istəyən namizədlər CV-lərini hr@bakisigorta.az e-mail ünvanına mövzu hissəsinə “Baş Mühasib köməkçisi”qeyd edərək göndərə bilərsiniz.

Namizəd üçün tələblər
• İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə üzrə ali təhsil;
• Mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi (istehsal, konsaltinq,ticarət, inşaat və s.)
• Acca Sertifikatları üstünlük
• MS Office (xüsusilə MS Excel), 1c 8.3, proqramı ilə sərbəst şəkildə işləmək bacarığı;
• AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
• Rus dili üstünlük
• sığorta sektorunda mühasib kimi ən azı 1 il və ya digər maliyyə sahəsində baş mühasib kimi ən azı 2 il, digər sahələrdə isə baş mühasib kimi ən azı 4 il iş təcrübəsi


VAKANSİYA 5

Mühasib

İş haqqında:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Maliyyə, büdcə, maya dəyəri hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi, düzgünlüyünün analizi və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi.
- Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanması

Namizəd üçün tələblər
- Mühasibatlıq və ya maliyyə ixtisası üzrə tam ali təhsil (magistr dərəcəsi olması arzuolunandır);
- Mühasib kimi 2-3 il iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- MS Office, 1C, BTP, EVHF hesabatları yaxşı səviyyədə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq
-maliyyə modulu ilə çalışa bilməli.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına ``Mühasib `` başlığı ilə göndərə bilərlər.


VAKANSİYA 6

"ALPHA TRADE GROUP" MMC praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, komandada işləməyi bacaran gənc xanımlar üçün Mühasibatlıq şöbəsində 3 aylıq ödənişsiz “Mühasib Təcrübə Proqramı” -nı açıq elan edir. Sağlam nəticə göstərən əməkdaş 3 aylıq proqram bitdikdən sonra rəsmi müqavilə ilə qeydiyyata alınaraq iş ilə təmin ediləcək.Təcrübə proqramı hansı fəaliyyətləri əhatə edəcək?
• Kadr kargüzarlığı ilə bağlı bütün sənədləşmə proseslərin həyata keçirilməsi;
• İşə qəbul və azad olunma proseslərinin aparılması;
• Məzuniyyətlərin verilməsi proseslərinin aparılması;
• 1C 8.3 proqramda uçot əməliyyatları Bank, debitor kreditor ves əməliyyatları
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
• Vergi hesab fakturaların yazılması və s.İş qrafiki: Həftədə 5 gün, 10:00-dan 18:00-dək

Namizəd üçün tələblər
• Ali təhsil;
• Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
• Öhdəsinə düşən digər əmək funksiyalarının vaxtında və operativ yerinə yetirilməsi
• Özündə yeni bilik və bacarıqları inkişaf etdirmək istəyinə olan həvəsi.
E-mail : sabinamammad3@gmail.com

Bizi Telegram-da izləyin: t.me/indexaz