Image description

Bu ilin fevral ayından başlayaraq Azərbaycanda valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb əhəmiyyətli dərəcədə azalmaqdadır.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Bu ilin II rübündə keçirilmiş 19 valyuta hərracının 18-də tələb təklifdən aşağı olub.

Məlumatda həmçinin deyilir ki, yaranmış meyillər dünyada koronavirusa (COVID-19) qarşı uğurla həyata keçirilən vaksinasiya fonunda karantin məhdudiyyətlərinin yumşaldılması nəticəsində qlobal iqtisadi canlanma prosesinin sürətlənməsi, qlobal enerji bazarlarında neftin qiymətinin bərpası, ölkədə qeyri-neft ixracının artımı, gözləntilərin əhəmiyyətli yaxşılaşması və həyata keçirilən kontrtsiklik makroiqtisadi siyasətdən təsirlənir. Hazırda hərraclarda Dövlət Neft Fondunun (ARDNF) qrafikə uyğun satıla bilməyən vəsait 364 milyon ABŞ dolları təşkil edir. İlkin qiymətləndirmələrə görə, I rübdə ölkənin cari əməliyyatlar balansında ümumi daxili məhsulun (ÜDM) 5,6%-i qədər qalıq olub. Qeyd olunan daxili və xarici amillərin mövcudluğu manatın məzənnəsinin sabitliyinin fundamental amillərlə bağlı olduğunu göstərir və valyuta bazarında tarazlığın qarşıdakı dövrdə də təmin olunacağını şərtləndirir.

Bizi Telegram-da izləyin: t.me/indexaz