Image description

Bakıda zavod satılır.

İndex.az xəbər verir ki, bu barədə ölkənin əmlak satışı ilə məşğul olan saytlarının birində elan yerləşdirilib.

Məlumata görə, zavod tam hazır işlək şəraitdədir və kupça sənədi var.

Satışa çıxarılan zavod Binəqədi rayonu, Novxanı şosesində, duz gölünün yanında yerləşir və real alıcıya qiymətdə güzəşt ediləcək.

Belə ki, 1 hektardan ibarət olan obyektin həyətində 3 ayrı sex (1-ci sex 740 kv.m, 2-ci sex 740 kv.m və 3-cü sex isə 675 kv.m), her sexin ayrıca otaqları və sanitar qovşağı, 2 bunker (hərəsi 95 ton) sement və qum, laboratoriya otağı, əlavə istifadə ücün çardaq da var.

Həmçinin qeyd edilir ki, ofis otaqları sanitar qovşaqları, mətbəx, gözətçi otağı, operator otağı , kondisionerler, transformator, kompressor, 150 kubmetr həcmində su çəni mövcuddur. Obyektin umumilikde 2 ayrı giriş-çıxış darvazası var.

Elanda deyilir ki, zavodda ümumilikdə təxminən 500 min manat dəyərində avadanlıq mövcuddur.

Zavod müxtəlif növlərdə tikinti istesalatı üçün çalışır. Zavodda alçı, mata, kafel yapışdırıcıları, fasad, ara doldurulmaları, plastik, taxta pilləkənlər, qapı sexi vı s. digır müxtəlif istifadələr üçün məmulatlar istehsal edilir.

Zavodun satş qiyməti 2 milyon 200 min manat təşkil edir.











Bizi Telegram-da izləyin: t.me/indexaz