Image description

İyulun 16-da, saat 12:00-da "Express Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

İndex.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ("Demirçi Tower" iş mərkəzi) ünvanında yerləşən ofisində olacaq.

Yığıncağın gündəliyinə "Express Bank"ın kənar auditorunun təsdiqlədiyi və Bankın Audit Komitəsinin tövsiyə etdiyi illik maliyyə hesabatlarının təsdiqlənməsi, eləcə də cari və təşkilati məsələlər daxildir.

Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 21,6 %-i “Enerqoservis” MMC-yə, 19,5 %-i Hikmət Xammədova, 9,8 %-i Hafiz Seyidova, 0,3 %-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.

Bizi Telegram-da izləyin: t.me/indexaz